52
Bakı, AzerVoice
İspaniyanın "Barselona" klubu, 34 yaşlı qapıçısı Voytsex Şçesnı ilə müqaviləni uzatmaq üçün danışıqlara başladığını açıqlayıb.
AzerVoice-un məlumatına görə, klub keçən ilin 2 oktyabr tarixində polşalı qapıçı ilə rəsmi müzakirələrə start verib.
Qeyd edək ki, bundan əvvəl Barselonada yaşamaqdan məmnun olduğunu bildirən Şçesnı, hər cür təklifə açıq olduğunu vurğulamışdı.
Bu mövsüm 14 oyunda çıxış edən təcrübəli qapıçı, 8 qarşılaşmada qapısını müdafiə etməyi bacarıb.