Əsas səhifə » Salah Premyer Liqada ən çox qol vuran əcnəbi futbolçu rekordunu təkrarlayıb

Salah Premyer Liqada ən çox qol vuran əcnəbi futbolçu rekordunu təkrarlayıb

Bakı, AzerVoice

"Liverpul"un hücumçusu, misirli futbolşu Məhəmməd Salah, İngiltərə Premyer Liqasında ən çox qol vuran əcnəbi futbolçu rekordunu təkrarlayıb.

AzerVoice xəbər verir ki, bu nəticə daha əvvəl "Mançester Siti"nin əfsanəsi, argentinalı futbolçu Serxio Aqueroya məxsus idi.

Bugün Salah Premyer Liqanın 28-ci turunda "Sauthempton"a qarşı keçirilən ev oyununda 3:1 hesabı ilə dubl edərək, liqadakı qollarının sayını 184-ə çatdırıb.

Məlumat üçün bildirək ki, 32 yaşlı Məhəmməd Salah 2017-ci ilin yayından bəri "Liverpul"da çıxış edir. Hazırkı mövsümdə o, 29 oyunda 27 qol vurub və 17 məhsuldar ötürmə edib. O, həm bombardirlik yarışına, həm də assist siyahısına başçılıq edir.

Qeyd edək ki, mövsümün sonuna qədər "Liverpul"un qarşıda 9 oyunu qalıb. Komanda 70 xalla turnir cədvəlinə liderlik edir. 2-ci pillədə olan "Arsenal"ın 54 xalı var.

Digər Kateqoriyalar

2025 © Azervoice