Əsas səhifə » Çempionlar Liqası 1/8 final mərhələsinin püşkləri atılıb

Çempionlar Liqası 1/8 final mərhələsinin püşkləri atılıb

Bakı,AzerVoice

Çempionlar Liqasını 1/8 final mərhələsinin püşkləri atılıb.

AzerVoice xəbər verir ki, püşkatma bəzi komandalar üçün uğurlu keçib.

İspaniyanın Barselona komandası, Portuqaliyanın Benfika klubu ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final mərhələsində Borrusiya Dortmunt - Lill qarşılaşmasının qalibi ilə üzləşəcək.

Almaniya təmsilçisi Bavariya 1/8 final mərhələsində digər Almaniya təmsilçisi Bayer Leverkuzenlə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final mərhələsində Feyenord - İnter görüşünün qalibi ilə üzləşəcək.

Digər tərəfdən 1/8 final mərhələsində Madrid derbisinində şahidi olacıyıq. Real Madrid - Atletiko Madrid cütünün qalibi, PSV-Arsenal cütünün qalibi ilə 1/4 finalda qarşılaşacaq.

Püşkatmanın daha bir maraqlı oyunu PSJ - Liverpul arasnda keçiriləcək. Bu cütün qalibi isə 1/4 finalda Aston Villa - Brügge cütünün qalibi ilə qarşılaşacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice