Bakı,AzerVoice
Barselonanın gənc hücumçusu 17 yaşlı Lamin Yamal Real Madridə keçmək ehtimalndan danışıb.
AzerVoice xəbər verir ki, bu barədə Yamal jurnalistlərə açıqlama verib.
Nə vaxtsa fürsət olsa, Real Madridə keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandıran Yamal belə bir fikri qəti şəkildə rədd edərək, bunun qeyri-mümkün olduğunu bildirib.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü Lamin Yamal 16 yaşında Barselonanın əsas oyunçusu olub. Avropa çempionatındakı parlaq çıxışından sonra onun populyarlığı xeyli artıb. Avro 2024-də ispan istedadı iki Ginnes rekordu vurub: o, turnir tarixində ən gənc qolçu və finalda meydana çıxan ən gənc oyunçu olub.
2024/2025 mövsümündə Yamal Barselonanın heyətində 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. 17 yaşlı gənc ulduzun dəyəri bir il ərzində 60 milyon avrodan 180 milyon avroya yüksəlib.