36
Bakı,AzerVoice
Avropa futbolunun ikinci ən böyük klub yarışının pley-off mərhələsinə yekun vurulub.
AzerVoice xəbər verir ki, Fənərbağça 1/8 final mərhələsinə yüksələrkən, Qalatasaray mübarizəni dayandırıb.
İlk görüşdə Fənərbaxça 3:0 hesabı ilə qalib gəlib. Cavab görüşündə qonaq Belçika təmsilçisi Anderlextlə 2:2 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib.
Qalatasaray isə Hollandiyanın AZ Alkmaar komandasına səfərdə 4:1 məğlub. Evində isə 2:2 hesablı heç-heçədən sonra Avropa ilə vidalaşıb.
Fənərbaxça, Viktoriya Plzen, Real Sosyedad, Ayaks, Bodo/Glimt, AZ Alkmaar, FCSB və Roma son 16-ya vəsiqə qazanan komandalar olub.