Bakı,AzerVoice
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xizəkçilərinin
qatıldığı “Türkiyə Kayak Kuboku-2025” turniri keçirilib.
AzerVoice xəbər verir ki, yarış
Türkiyə Kayak Kurortları Birliyi, Özbəkistanın Əmirsoy,
Azərbaycanın Şahdağ, Qazaxıstanın Çimbulak və Türkiyənin Uludağ
xizək kurortlarının birgə təşəbbüsü ilə təşkil olunub.
Turnirin açılış mərasimində TDT-nin baş katibi Kubanıçbek Omurəliyev, baş katibin müavini Mirvohid Əzimov, Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi nazirinin müşaviri Əlişir Salomov, Türkiyə Xizək Kurortları Assosiasiyasının baş katibi Orxan Bədəlov və Türkiyə, Azərbaycan, Qırğızıstanın xizək kurortlarının nümayəndələri iştirak ediblər.
Daşkənd yaxınlığındakı Əmirsoy xizək kurortunda keçirilən turnirdə 50-dən çox idmançı iştirak edib. Yarışın sonunda qalib idmançılar mükafatlandırılıb.
Qeyd edək ki, Türkiyə Kubokunun təşkili təşəbbüsü ötən il Bişkekdə keçirilən TDT Sammitində dövlət başçıları tərəfindən bəyənilib və bu il ilk dəfə həyata keçirilib.