107
Azərbaycan Premyer Liqasında “Kəpəz” - “Qarabağ” oyununun yeri dəyişdirilib.
İdman.biz xəbər verir ki, buna Ağdam təmsilçisinin müraciəti gəncəlilərin razılıq məktubu səbəb olub.
Nəticədə 2-ci dövrənin “Kəpəz” - “Qarabağ” və 3-cü dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib. Bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.
4 noyabr
"Qarabağ" - "Kəpəz"
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00 (canlı/CBC Sport)
Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.
İdman.biz