167
Bu gün Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib.
İdman.biz xəbər verir ki, tibb elmləri doktoru, professor və akademik Zurab Kakxabrişvilinin iştirakı ilə keçirilən seminara federasiyaların 70-dək nümayəndəsi cəlb olunub.
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi seminar müxtəlif idman növləri üzrə teyplərin düzgün istifadə edilmə qaydası, qida əlavələri, travma və reabilitasiya, farmakologiya və digər mövzuları əhatə edir.
Qeyd edək ki, seminar iki gün davam edəcək.
İdman.biz