Bakı, AzerVoice
Keçən il Türkiyə idmançıları 9747 medal qazanıblar.
Bu haqda AzerVoice Türkiyə İdman və gənclər nazirliyindən daxil olan məlumatda bildirilir.
Məlumata əsasən keçən il Türkiyə idmançıları olimpiyadalarda 3
gümüş, 5 bürünc, paraolimpiyadalarda altı qızıl, 10 gümüş və 12
bürünc medal qazanıblar.
“Dünya olimpiyadalarında Türk idmançılar 143 qızıl,191 gümüş və 245
bürünc medal qazanıblar. Avropa çempionatlarında isə 320 qızıl,308
gümüş və 345 bürünc medal qazanılıb”- deyə nazirlikdən
bildirilib.
Məlumatda o da qeyd olunub ki, Balkan çempionatlarında türk
idmançılar 275 qızıl, 301 gümüş və 340 bürünc medal qazanılıb.
“Dünya Köçəri Oyunlarında keçən il idmançılarımız 3 qızıl,1
gümüş və 2 bürünc medal qazanıblar”- deyə nazirlikdən
bildirilib.
Nazirlikdən o da qeyd olunub ki, 2024-cü ilin yekunlarına görə,
Türk idmançılar beynəlxalq turnirlərdə 2395 qızıl,2543 gümüş və
2388 bürünc medal qazanıblar.
“Keçən il türk idmançılar ümumilikdə 3142 qızıl,3268 gümüş və 3339 bürünc medal qazanıblar” –deyə nazilrikdən bildirilib.