10
Bakı,
AzerVoice
Trendyol Superliqasının 25-ci həftəsində baş tutacaq möhtəşəm
derbidə "Qalatasaray" və "Fenerbahçe" qarşılaşacaq.
AzerVoice xəbər verir ki, oyun
fevralın 24-də, bazar ertəsi günü keçiriləcək.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, qarşılaşma İstanbulda, RAMS Park stadionunda baş tutacaq və Türkiyə vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, ilk əvvəl, bu qarşılaşma fevralın 23-də keçirilməsi nəzərdə tutulmuşdu.