Əsas səhifə » Azərbaycanın daha bir taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu Türkiyədəki beynəlxalq turnirdə medal qazanıb

Bakı, AzerVoice

Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından AzerVoice-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.

O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice