Əsas səhifə » Qazaxıstanın yığma komandası Asiya oyunlarında yarımfinala yüksəlib

Qazaxıstanın yığma komandası Asiya oyunlarında yarımfinala yüksəlib

Bakı, AzerVoice

Qazaxıstan Honq-Konqu məğlub edərək 2025-ci il Asiya Oyunlarında yarımfinala yüksəlib.

AzerVoice xəbər verir ki, bu haqda Qazaxıstan Respublikasının Milli Olimpiya Komitəsi məlumat verib.

Məlumata əsasən, Qazaxıstanın kişi xokkey komandası bu il Çinin Harbin şəhərində keçirilən Asiya Oyunlarında 1/4 final oyununda qələbə qazanıb.

Beləliklə, Qazaxıstan xokkeyçiləri Asiya Oyunlarında yarımfinala yüksəlib. Bu turun oyunları fevralın 13-də baş tutacaq.

Həmçinin bu gün, fevralın 11-də Qazaxıstanın sərbəst xizəkçiləri 2025-ci il Asiya Oyunlarında tarixi qızıl medal qazanıblar. Qeyd edək ki, Qazaxıstan tarixində ilk dəfə olaraq bu idman növü üzrə Asiya Oyunlarının qızıl medalını qazanıb.

Əlavə edək ki, qazaxıstanlı sərbəst xizəkçilər Asiya Oyunlarında bürünc medal qazanıblar .

Fevralın 11-də 2025-ci ildə Harbində (Çin) keçiriləcək Asiya Oyunlarında qazaxıstanlılar altı idman növündə mübarizə aparacaqlar.

Digər Kateqoriyalar

2025 © Azervoice