104
Bakı, AzerVoice
"Neftçi" heyətinə yeni hücumçu cəlb edib.
AzerVoice-un məlumatına görə, "ağ-qaralar" ingiltərəli forvard Bassala Sambounu rəsmən təqdim edib.
Bakı klubu sosial şəbəkələrdə "Xoş gəldin, Sambou" adlı video paylaşıb. 27 yaşlı futbolçu son olaraq Kiprin "Paralimni" komandasında çıxış edib və "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb. O, yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Koventri" Akademiyasının yetirməsi olan Sambou karyerası ərzində "Fortuna Sittard" (Niderland), "Randers" (Danimarka), "Kru Aleksandra" və "Oldham" (hər ikisi İngiltərə) klublarında oynayıb.