Əsas səhifə » Kənan Yıldızın qolu A Seriyasında ayın qolu seçilib

Kənan Yıldızın qolu A Seriyasında ayın qolu seçilib

Bakı, AzerVoice

Türk futbolçu Kənan Yıldızın Yuventusda çıxış edərkən Torino yığmasına vurduğu qol A Seriyasında ayın qolu seçilib.

AzerVoice-un məlumatına görə, 19 yaşlı futbolçunun Turin derbisində vurduğu qolun sosial media kanallarında azarkeşlərin ən çox səs verdiyi qol olduğu bildirilib.

Kənan Yıldızın Torino klubuna cərimə meydançası xaricindən vurduğu qol səsvermədə İnterin futbolçusu Lautaro Martinezin Empoliyə vurduğu qoldan üstün olub.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm Yuventusun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice