13
Bakı,AzerVoice
İngiltərənin Çelsi klubunda çıxış edən portuqaliyalı hücumçu Joao Feliks İtaliyanın Milan klubuna icarəyə verilib.
AzerVoice xəbər verir ki, futbolçu bu mövsümün sonuna kimi A Seriya çempionatında icarə əsasında çıxış edəcək.
İtaliya komandası bu mövsümün qış transfer pəncərəsində heyətini gücləndirib. Komanda İngiltərənin “Mançester Siti” klubundan təcrübəli yarımmüdafiəçi Kayl Uokeri də heyətinə qatıb.
Klub həmçinin, meksikalı hücumçu Santyaqo Ximenesi də heyətinə qatıb. Futbolçu 7 nömrəli formanı geyinəcək.