Bakı, AzerVoice
"Qalatasaray"la müqaviləsinə xitam verdiyi Hakim Ziyeçin yeni ünvanı bəlli olub.
AzerVoice xəbər verir ki, Qətərin "Al Duhail" komandası "Qalatasaray"la müqaviləsinə xitam verildikdən sonra mərakeşli ulduz Hakim Ziyeçi heyətinə qatdıqlarını açıqlayıb.
"Qalatasaray" çərşənbə günü Ziyeçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.
"Qalatasaray"ın açıqlamasında "Peşəkar futbolçumuz Hakim Ziyeçin müqaviləsinə qarşılıqlı xitam verilib. "Qalatasaray"a göstərdiyiniz zəhmət və töhfələrə görə təşəkkürlər, Hakim Ziyeç! Yeni karyera yolunda uğurlar!"- deyə bildirib.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 11 matçda meydana çıxıb və 320 dəqiqə tapa bilib.
“Qalatasaray”la ümumilikdə 34 matça çıxan Ziyeç 8 qol vurub, 5 məhsuldar ötürmə edib.