Əsas səhifə » Qazaxıstanlı tennisçi Türkiyədəki turnirin qalibi olub

Qazaxıstanlı tennisçi Türkiyədəki turnirin qalibi olub

Bakı, AzerVoice

Qazaxstalı tennisçi Sanduqaş Kenjibayeva Antalyada keçirilən ITF W15 kateqoriyalı turnirin qalibi olub.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxstan Tennis Federasiyası məlumat yayıb.

Məlumata əsasən, Sanduqaş Kenjibayeva almaniyalı Joelle Steur ilə finalda Asıljan Arıstanbekova/Daria Şadçnevanı 3:6, 6:4, 10:2 hesabı ilə məğlub edib.

Bu, Sanduqaşın ardıcıl üçüncü tituludur. Ümumilikdə, qazaxıstanlı qadın cütlüklər üzrə beşinci ITF tituluna sahibdir. Sabah cütlüklərin yenilənmiş WTA reytinqində Sanduqaş 690-cı pillədən 578-ci yerə yüksələcək.

Məlumat üçün bildirək ki, Sanduqaş Kenjibayeva Qazaxıstan tennis akademiyasının Team Kazakhstan komandasının məzunudur. Akademiya 2008-ci ildə açılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice