Əsas səhifə » Neftçinin məşqçilər korpusuna yeni təyinat olub

Neftçinin məşqçilər korpusuna yeni təyinat olub

Bakı, AzerVoice

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

AzerVoice bu barədə kluba istinadən xəbər verir.

Məlumata görə, rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də işləyib, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.

O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.

Digər Kateqoriyalar

2025 © Azervoice