Əsas səhifə » Qazaxıstanlı futbolçu Çelsiyə transfer olacaq

Qazaxıstanlı futbolçu Çelsiyə transfer olacaq

Bakı,AzerVoice

Almatının Kayrat futbol komandasının və Qazaxıstan gənclər komandasının 16 yaşlı hücumçusu Dastan Satpayev 2026-cı ildə Londonun Çelsi Futbol Klubuna keçməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, onun transferi ilə bağlı bu həftə rəsmi açıqlama gözlənilir. Bununla belə, Satpayev 18 yaşı tamam olana qədər Kayratda qalacaq.

Qeyd edək ki, futbolçunun transfer qiyməti ilə əlaqəli məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice