Bakı,
AzerVoice
Beşiktaşda mövsüm ortası sürpriz ayrılıq baş verə bilər.
AzerVoice xəbər verir ki, Paris
Saint-Germain-dən icarəyə götürülən Şer Ndourun komandadan ayrılma
ehtimalı hazırda gündəmdədir.
Belə ki, Fransız və İtalyan mətbuatı gənc futbolçunun Bolonya
tərəfindən maraqla izlənildiyini və Paris Saint-Germain-in bu
transferə müsbət baxdığını bildirib.
Beşiktaşın əcnəbi oyunçu kvotasını azaltmaq məqsədilə bu ayrılığı müsbət qarşılayacağı qeyd olunur. Hal-hazırda 14 əcnəbi futbolçusu olan klub, mövsüm ortası transfer dövründə ən azı üç yeni əcnəbi futbolçu gətirməyi də planlaşdırır.
Qeyd edək ki, mövsüm ərzində 21 matçda forma geyinən və 1 qol, 2 məhsuldar ötürmə ilə diqqət çəkən Ndourun transferində yaxın günlərdə yeniliklərin olacağı gözlənilir. Bu ayrılıq Beşiktaş üçün həm yeni transferlərə yer açmaq, həm də komandada balans yaratmaq baxımından əhəmiyyətli ola bilər.