Əsas səhifə » Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Bakı. AzerVoice:

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turnirinə start veriləcək.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, şahmatçımız Aydın Süleymanlı turnirin “Challengers” yarışında çıxış edəcək. Təmsilçimiz Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.

İlk turda Aydının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice