Əsas səhifə » Özbəkistanlı futbolçu Mançester Sitiyə transfer olub

Özbəkistanlı futbolçu Mançester Sitiyə transfer olub

Bakı, AzerVoice

Özbəkistan millisinin mərkəz müdafiəçisi Abduqadir Hüsanov 40 milyon avro və bonuslar qarşılığında Mançester Sitiyə transfer olunur.

AzerVoice xəbər verir ki, futbolçu Mançesterə Mançester Sitinin göndərdiyi şəxsi təyyarə ilə gəlib.

Futbolçu bu gün "Mançester Siti" klubunda tibbi müayinədən keçəcək və müayinə uğurla tamamlanarsa, klub 20 yaşlı müdafiəçinin transferini rəsmi olaraq elan edəcək.

Əgər bu transfer baş tutarsa, Abduqadir Hüsanovun qiyməti Özbəkistan və Orta Asiya futbolu üçün yeni rekord olacaq. "Mançester Siti"nin bu gənc futbolçu üçün ödədiyi məbləğ, Asiya ölkələrinin milli komandalarının ümumi dəyərini belə üstələyir.

Belə ki, "Transfermarkt" portalının məlumatına görə, Asiyada ən bahalı milli komanda 280,5 milyon avro dəyərində olan Yaponiyadır. İkinci yerdə Cənubi Koreya (158,15 milyon avro), üçüncü yerdə 47 milyon avro ilə Özbəkistan millisi, dördüncü sırada İran millisi qərarlaşıb.

Qeyd edək ki, Avropanın ən yaxşı beş liqasına aid klublar indiyədək əsasən Yaponiya və Cənubi Koreyadan olan oyunçulara böyük məbləğdə transfer xərcləri ayırıb. Özbəkistanlı futbolçular arasında isə indiyədək ən böyük transfer 2021-ci ildə "Roma" klubunun Eldor Şomurodov üçün ödədiyi 19,6 milyon avro olub.

Digər Kateqoriyalar

2025 © Azervoice