11
Bakı,AzerVoice
Emre Belezoğlu Trendyol Superliqa komandalarından Antalyasporun texniki direktoru təyin edilib.7
AzerVoice xəbər verir ki, bu barədə klub X sosial media hesabından açıqlama verib.
Paylaşımda Belözoğlu ilə 1,5 illik müqavilə imzalandığı bildirilib.
O, bu vəzifəyə Fənərbaxçanın əfsanəvi futbolçusu Alex de Souzanın yerinə gətirilib.
Qeyd edək ki, Belözoğlu bundan əvvəl Ankaragücü komandasının çalışdırıcısı idi.
O, bundan əlavə məşqçilik karyerası boyunca Başakşehir və Fənərbaxça klublarını da idarə edib.