Əsas səhifə » La Liqada mərc qalmaqalı yaranıb

La Liqada mərc qalmaqalı yaranıb

Bakı,AzerVoice

İspaniyanın "Sevilya" komandasında çıxış edən "Kike" ləqəbli ispaniyalı müdafiəçi Enrike Xesus Salas mərc oyunlarında saxtakarlıq ittihamı ilə saxlanılıb.

AzerVoice xəbər verir ki, İspaniya mətbuatında çıxan xəbərlərdə Kike Salasın keçən il oynadığı bəzi matçlarda sarı vərəqə aldıqdan sonra futbol mərc oyunlarında haqsız qazanc əldə etmək üçün iki dostu ilə anlaşdığı iddia edilib.

Salasın ötən mövsüm doqquz oyunda yeddi sarı vərəqə aldığı və ittihamların hələlik yalnız mövsümün sonundakı matçlarla bağlı olduğu qeyd edilib.

Bildirilib ki, ona qarşı aparılan istintaq çərçivəsində bu gün Sevilya şəhərində saxlanılan ispaniyalı futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

“Sevilya” klubu və Kike Salas iddialarla bağlı hələlik açıqlama verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice