99
Bakı, AzerVoice
ABŞ-nin "İnter Mayami" komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzadacaq.
AzerVoice xəbər verir ki, məlumata görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə ediblər.
37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq üçün həmin ilə kimi sözləşməni yeniləmək qərarına gəlib.
Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilə bilməsi ilə bağlı bənd olacaq.