Bakı,AzerVoice
Fransa millisinin baş məşqçisi Didier Deşam növbəti Dünya Kubokundan sonra Fransanın baş məşqçisi kimi davam etməyəcəyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə 56 yaşlı Deşam televiziya kanalına müsahibə verib.
"Mən 2012-ci ildən buradayam. 2026-cı ilə yəni növbəti Dünya Kubokuna qədər burada olmağı planlaşdırıram",- deyə Deşam vurğulayıb
Deşam öz roluna Loran Blanın varisi kimi başlamış və Fransanı 2018-ci il Dünya Kubokunda qələbəyə, eyni zamanda 2022-ci ildə və 2016-cı ildə Avropa Çempionatında finala yüksəltmişdir.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Fransa finala yüksəldi və final matçında Argentinaya uduzdu.
2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi ilk 48 komandalı dünya çempionatına Avropa 16 komanda göndərəcək.
Həmçinin qeyd edək ki, Deşam Dünya Kubokundan sonrakı məşqşçilik karyerası barədə məlumat verməyib.