52
Bakı,AzerVoice
Fatih Terimin Əl-Şababa təyinatından sonra Səudiyyə Ərəbistanının Al-Taawon klubu İsmail Kartala təklif göndərib.
AzerVoice xəbər verir ki, Türkiyəli məşqçilər Səudiyyə Ərəbistanı Liqasında məşhurlaşıb.
Kartal ötən mövsüm Super Liqada 99 xal toplayıb və orta hesabla 2,61 xalla Fənərbaxça tarixinin ən uğurlu çıxışına imza atıb.
Məşqçini komandanın başında görmək istəyən Əl-Taawon-un İsmayıl Kartalı razı salmağa çalışdığı bildirilib.
Digər tərəfdən təcrübəli çalışdırıcıya İrandan da təklif olduğu öyrənilib.