76
Bakı,AzerVoice
Finalda İnteri 3:2 hesabı ilə məğlub edən Milan İtaliya Superkubokunun sahibi olub.
AzerVoice xəbər verir ki, İnter və Milan komandaları arasında final oyunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Əl-Avval Park-da keçirilib.
Milan 2-0 geridə qaldıqdan sonra 3-2 hesabı ilə qalib gələrək kuboku səkkizinci dəfə muzeyinə aparıb.
Milan kubokunu qazandıran qol, 90+3. Dəqiqədə Tammi Abraham tərəfindən gəlib.
İnterdə çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu zədəsi səbəbindən 35-ci dəqiqədə oyunu tərk edib.