21
Bakı,AzerVoice
Qalatasaray hal-hazırda Lionda çıxış edən Georges Mikautadze üçün Liona 17 milyon avro təklif edib.
AzerVoice xəbər verir ki, Qalatasaray ara transfer dövründə heyətini gücləndirmək üçün Fransaya üz tutub.
Sarı-qırmızılılar Lionda çıxış edən 24 yaşlı gürcü hücumçu Georges Mikautadze üçün Liona 17 milyon avro təklif edib.
Yay transfer pəncərəsində Metzdən 18,5 milyon avroya transfer olunan 24 yaşlı hücumçu bu mövsüm Lionun heyətində 21 matçda meydana çıxıb və yeddi qol vurub, bir məhsuldar ötürmə edib.
Uğurlu futbolçunun Fransa komandası ilə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.