112
Bakı,AzerVoice
Türkiyə Superliqasının 17-ci həftəsində səfərdə Kayserisporu 5:1 hesabı ilə məğlub edən Qalatasarayın baş məşqçisi Okan Buruk rekorda imza ataraq tarixə düşüb.
AzerVoice xəbər verir ki, Buruk Superliqa tarixində bir komanda ilə ən qısa zamanda 75 qələbə qazanan məşqçi olub.
Qalatasarayın baş məşqçisi kimi Superliqada oynadığı 90 matçın 75-ni qazanan (9 heç-heçə və 6 məğlubiyyət) Okan Buruk Kristof Daumun rekordunu (Fənərbaxça; 103 matç) qıran və ən qısa müddətdə 75 qələbəyə çatan məşqçidir.
Bu mövsüm Super Liqada 16 oyunda 50 qol vuran Qalatasaray liqa tarixində bu mərhələlərdə ən çox qol vuran komanda olub.