Bakı,AzerVoice
UFC 311-də iki kəmər yarışı keçiriləcək.
AzerVoice xəbər verir ki, dekabrın 18-də ABŞ-ın Kaliforniya ştatındakı Intuit Dome stadionunda keçiriləcək tədbir açıqlanarkən MMA dünyasında böyük həyəcan yaranıb.
NBA-da mübarizə aparan “Los Angeles Clippers”in görüşlərinin keçirildiyi zalda təşkil olunacaq tədbirdə iki çəki dərəcəsində kəmərlər təqdim olunacaq.
Həbib Nurməhəmmədov və Çarlz Olivyeradan sonra yüngül çəki kəmərinin sahibi olan İslam Mahaçev ikinci görüşünü 2019-cu ildə məğlub etdiyi Arman Tsarukyana qarşı keçirəcək.
Rusiya Dağıstan Respublikasında böyüyən Mahaçev 2022-ci ilin oktyabrında Çarlz Oliveyra ilə kəmər görüşündə qalib gəlib və Həbib Nurməhəmmədov təqaüdə çıxdıqdan sonra kəmərin Dağıstana qayıtmasını təmin edib.
UFC 311-də digər kəmər matçı Merab Dvalişvili ilə karyerasında məğlub olmayan Umar Nurməhəmmədov arasında keçiriləcək. UFC-də keçirdiyi 11 görüşdə uduzmayan gürcü Dvalişvili sentyabrın 15-də Şon O'Malliyə qalib gələrək kəmərinin yeni sahibi olub.
Dvalişvili ilə qarşılaşan Umar Nurməhəmmədov ikinci UFC kəmərini Dağıstana gətirmək üçün döyüşəcək.