Əsas səhifə » Çempionlar Liqası ilə vidalaşacaq ilk komanda bəlli olub

Çempionlar Liqası ilə vidalaşacaq ilk komanda bəlli olub

Bakı, AzerVoice

UEFA Çempionlar Liqasında mübarizəni dayandıracaq ilk komandanın adı bəlli olub.

AzerVoice xəbər verir ki, ötən gecə 6-cı turda öz meydanında "Aston Villa"ya 2:3 hesabı ilə uduzan "Leyptsiq"in Liqa mərhələsinin sonunda turnirlə vidalaşacağı dəqiqləşib.

Çünki keçirdiyi 6 oyunun hamısında uduzan Almaniya klubunun pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı da qalmayıb.

Xatırladaq ki, avrokuboklarda yeni formatda keçirilən Liqa mərhələsi bu mövsümdən başlayıb. ÇL-də 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Digər Kateqoriyalar

2025 © Azervoice