Bakı,AzerVoice
Bu gün UEFA Çempionlar Liqasının altıncı turuna start verilir.
AzerVoice xəbər verir ki, turun diqqət çəkən görüşləri Almaniyada və İtaliyada keçiriləcək.
Keçən sezon Bundesliqanı məğlubiyyət almadan çempion olaraq tamamlayan Bayer Leverkusen doğma meydanda İtaliya nəhəngi İnter ilə qarşılaşacaq.
Oyun 00:00-da başlayacaq və Sloveniyadan olan hakimlər heyəti tərəfindən idarə ediləcək.
Qeyd edək ki, komandalar ilk dəfə 2020-ci ildə Avropa çempionatında üz-üzə gəliblər. Həmin görüşü İnter 2-1 hesabı ilə qazanmışdı.
Turun digər diqqət çəkən görüşü İtaliyada keçiriləcək. Son Avropa çempionu Atalanta, doğma meydanda son çempion Real Madrid ilə üzləşəcək.
Görüş 00:00-da başlayacaq və Polşadan olan hakimlər heyəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə avqust ayında qarşılaşıblar. UEFA Super kuboku çərçivəsində keçirilən görüşü kral klubu 2-0 hesabı ilə qazanıb.