Əsas səhifə » İnterlə oyunda huşunu itirən Fiorentinalı futbolçu özünə gəlib

İnterlə oyunda huşunu itirən Fiorentinalı futbolçu özünə gəlib

Bakı,AzerVoice

Bildirilib ki, 22 yaşlı yarımmüdafiəçinin səhhəti hazırda yaxşıdır.

AzerVoice xəbər verir ki, bu barədə Fiorentina klubunun X sosial media hesabında paylaşım edilib.

Bazar günü A Seriyasında keçirilən Fiorentina - İnter oyununda 22 yaşlı yarımmüdafiəçi Edoardo Bove oyunun 17-ci dəqiqəsində yıxılıb.

Komanda yoldaşı Danilo Kataldi Bovenin dilini çıxarmaq üçün əli ilə müdaxilə edərkən, meydanda və ehtiyat oyunçular skamyasında olan futbolçular həkim briqadalarının yerləşdiyi əraziyə doğru qaçıblar.

Dörd dəqiqə Bove Xəstəxanaya aparılıb və bu hadisədən dərhal sonra oyun dayandırılıb.

Klubun bir neçə saat sonra yaydığı açıqlamada futbolçunun səhhətinin stabil olduğu, ilkin müayinələrə görə, mərkəzi sinir sistemi və ürək-damar sistemində kəskin zədə aşkarlandığı bildirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice