121
Bakı, AzerVoice
DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Məlumata görə, Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.
Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.