177
Bakı, AzerVoice
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb:
“Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".
Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasına çalışdıqlarını söyləyib.