Əsas səhifə » İngiltərədə müsəlman qadın futbolçuya uzun şalvarla oynamaq hüququ verilib

İngiltərədə müsəlman qadın futbolçuya uzun şalvarla oynamaq hüququ verilib

Bakı. AzerVoice

Somali Qadın Milli Futbol Komandasının keçmiş kapitanı İqra İsmayıl İngiltərə Futbol Federasiyasının (FA) dəstəyi ilə oyunlara uzun şalvarla çıxmaq hüququnu qazanıb.

AzerVoice xəbər verir ki, 2019-cu ildə Somali millisində kapitanlıq edən 24 yaşlı oyunçu cümə axşamı X sosial media platformasında verdiyi açıqlamada FA və Middlesex County Futbol Federasiyasının ona dəstək verdiyini və bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışacaqlarını bildirib.

O, etdiyi paylaşımda “Gələn həftənin əvvəlindən etibarən uzun şalvarla yarışlara qayıdacağımı elan etməkdən məmnunluq duyuram”-deyib.

Qeyd edək ki, qadın futbolçu həftənin əvvəlində sosial mediada paylaşdığı videoda Greater London Qadınlar Futbol Liqasında (GLWFL) beş ildir uzun şalvarla futbol oynadığını, lakin bazar günü United Dragons FC formasında çıxdığı ilk oyunda meydana buraxılmadığını bildirmişdi.

FA isə çərşənbə günü verdiyi açıqlamada, bütün yarışlarda qadın oyunçuların dini inanclarına uyğun geyimlər geyinmələrinə icazə verildiyini bəyan etmişdi.

GLWFL rəsmiləri, əvvəlcə oyunçuların şalvar üzərində şort geyinməsinin lazım olduğunu desə də, sonradan bu məcburiyyətin olmadığını bildirən bir açıqlama yayımlayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice