Bakı,AzerVoice
Trendyol Super Liqa komandalarından Bodrum FK İsmet Taşdemirdən sonra baş məşqçi postunu Volkan Demirelə həvalə edib.
AzerVoice xəbər verir ki, komanda Fenerbahçeyə səfərdə 2:0 hesabı ilə uduzduqdan sonra təcrübəli çalışdırıcı İsmet Taşdemirlə yollarını ayırıb.
Bodrum Rayon Stadionunda təşkil edilən imza mərasimi ilə Demirel üç il yaşıl-ağların başına keçib.
"Klubumuz texniki direktor vəzifəsi üçün Volkan Demirel ilə 3 illik müqavilə imzaladı. Ailəmizə xoş gəldin, Volkan Demirel",- deyə klubdan açıqlama verilib.
İllərdir Fenerbahçenin və millinin qapısını qoruyan Volkan Demirel məşqçilik karyerasına 2021-ci ildə Fatih Karagümrükdə başlayıb. 2022-ci ildə Hataysporu təhvil alan və zəlzələ fəlakətindən sarsılan Dəmirəl ötən ilin mayında vəzifəsindən ayrılıb.
İmza mərasimində iştirak edən Bodrum FK prezidenti Fikrət Öztürk Dəmirəlin uğurlu olacağını bildirib.