21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.
Qeyd edək ki, qarşılaşmaların başlama saatı hələ dəqiqləşməyib.