Əsas səhifə » Azərbaycanlı koordinator “Qalatasaray”ın oyununa təyinat alıb

Azərbaycanlı koordinator “Qalatasaray”ın oyununa təyinat alıb

Bakı, AzerPress:

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

İdman.biz xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasına supervayzer təyin edilib.

O, yanvarın 17-də İstanbulda keçiriləcək “Qalatasaray” (Türkiyə) - “Fonte Bastardo” (Portuqaliya) klublarının oyununda hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Miçele Brunelli olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice