Əsas səhifə » Azərbaycan Türkiyəyə Superkuboka ev sahibliyi təklifi edib

Azərbaycan Türkiyəyə Superkuboka ev sahibliyi təklifi edib

Bakı. AzerPress:

Azərbaycan Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək Superkubok oyununa ev sahibliyi etməyi təklif edib.

AzerPress xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müvafiq təkliflə Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Türkiyə hazırda oyunun Samsun və ya Ankara şəhərlərindən birində keçirilməsini nəzərdə tutur. TFF ilə yanaşı, "Fənərbağça" və "Qalatasaray" komandalarının təklifə yekun cavabı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, "Fənərbağça" və "Qalatasaray" arasında Superkubok oyununun Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılırdı. Lakin ev sahibi ölkənin tələbləri səbəblərindən oyunun bu ölkədə keçirilməsi mümkün olmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice