Əsas səhifə » Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 7-ci Təcrübə Proqramı üçün qeydiyyat başlayıb

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 7-ci Təcrübə Proqramı üçün qeydiyyat başlayıb

Bakı, AzerVoice

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “7-ci Təcrübə Proqramı” üçün qeydiyyatı açıq elan edib.

AzerVoice xəbər verir ki, bu barədə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən bildirilib.

Təcrübə proqramı çərçivəsində, layihələrin yazılması və idarə olunması, sosial media hesablarının idarə olunması (SMM), gənclərlə iş və mobiloqrafiya istiqamətləri üzrə fəaliyyət göstəriləcək.

Məlumat üçün qeyd edək ki, proqram ödənişsiz əsaslarla həyata keçirilir və proqramın sonunda iştirakçılar sertifikat əldə edəcəklər. Proqram 3 ay müddətində davam edəcək.

Son müraciət tarixi: 23.10.2024

Qeydiyyat linki: https://forms.gle/TJX4Xj3UtzBtEgCz6

Digər Kateqoriyalar

2024 © Azervoice