Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) hazırladığı beynəlxalq hesabata əsasən, dünyada 370 milyondan çox qız və qadın uşaqlıq və ya yeniyetməlik dövründə təcavüzə və ya cinsi istismara məruz qalıb.
"Onlayn şifahi təcavüz kimi cinsi zorakılığın təmassız formaları daxil edildikdə, təsirə məruz qalan qız və qadınların sayı bütün dünyada 650 milyona və ya hər beş nəfərdən birinə yüksəlir", - bəyanatda deyilir.
Təşkilatın icraçı direktoru Catherine Russell "uşaqlara qarşı cinsi zorakılığı" "kollektiv vicdana hücum" adlandırıb.
Açıqlamada Russell, bu hücumların və zorlamaların "dərin və davamlı travmaya səbəb olduğunu" bildirib.
O qeyd edib ki, təəssüflər olsun ki, uşaqlar özlərini təhlükəsiz hiss etmələri lazım olan mühitlərdə, adətən, etibar etdikləri bir insan tərəfindən istismara məruz qalır.
“Uşaqlara qarşı cinsi zorakılığın ilk qlobal və regional hesablamaları”nın açıqlanması BMT tərəfindən qəbul edilmiş 11 oktyabr Beynəlxalq Qız Uşaqları Günü ərəfəsində baş tutub.
UNICEF hesab edir ki, “bu zorakılığın qlobal miqyası narahatlıq doğurur”, xüsusən də yeniyetmə qızlar üçün.
Ən çox qurbanların sayı Afrikadadır (79 milyon qız və gənc qadın – qadınların 22 faizi). Buna görə də bu bölgədə hər beş qadından biri 18 yaşına çatmamış cinsi təcavüz və ya zorlama qurbanı olub.
Şərqi və Cənub-Şərqi Asiya (qadınların 75 milyonu və ya 8%-i) ikinci yerdədir.Qurbanların sayı Mərkəzi və Cənubi Asiyada 73 milyon (qadınların 9%-i), Avropa və Şimali Amerikada 68 milyon (14%), Latın Amerikasında və 45 milyon (14%) təşkil edir. Şimali Afrika və Yaxın Şərqdə 29 milyon (15%) və Okeaniyada 6 milyon (34%) təşkil edir.
Təssüflər olsun ki,müharibələr, iqtisadi və sosial böhranlar qızlara qarşı hücumları daha da gücləndirən mühit yaradır.