Əsas səhifə » Niyə 90-lar qayıdır? - Tanınmış stilist Ayaz Este

Niyə 90-lar qayıdır? - Tanınmış stilist Ayaz Este

BAKI, AzerVoice

90-ların qayıtması modanın tarixindəki dalğalarla əlaqəlidir.

Bunu AzerVoice- ə açıqlamasında tanınmış stilist Ayaz Este deyib.

Stilist, bu barədə açıqlamasında moda tarixinin stil dalğaları kimi gəlib-gedəcəyini vurğulayıb. Onun sözlərinə görə, hər nəsil əvvəlkilərə ya üsyan edir, ya da nostalji ilə qayıdır.

"İndi isə 90-lar geri qayıdıb – niyə? Çünki 90-lar həm rahatlıq idi, həm fərdilik. Oversize cinslər, crop-toplar, sport stil. Bugünkü nəsil də eyni azadlığı istəyir. O dövrdə modada qayda yox idi – və bu sərbəstlik indi yenə aktuallaşır", – deyə stilist bildirib.

Ayaz Este əlavə edib ki, hazırda sosial mediada hər kəs öz stilini qurur və influencerlər artıq dizaynerləri keçib. Yəni, 90-lar təkcə trend deyil, bir ruh halıdır – azad, fərdi və qaydasız. Ona görə də 90-lar qayıdıb.

Digər Kateqoriyalar

2025 © Azervoice