Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondu Almatıda tədbir keçirib

Türk Mədəniyyəti və İrsi Fondu Almatıda tədbir keçirib

BAKI, AzerVoice

7 aprel 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universiteti ilə birgə “NEOTÜRK: dövrlərin və texnologiyaların qovşağında” mövzusunda Beynəlxalq Gənc Türkoloqlar Konfransı keçirib.

AzerVoice xəbər verir ki, tədbir, orta əsrlərin böyük İslam filosofu, riyaziyyatçısı, astronomu, fiziki, musiqi nəzəriyyəçisi və İslam Qızıl Dövrünün görkəmli şərqşünası Əbu Nəsr əl-Fərabinin anadan olmasının 1155 illiyinə, həmçinin XI əsrin görkəmli alimi və mütəfəkkiri Mahmud Kaşğari-Barsqani tərəfindən yazılmış türk yazılı ədəbiyyatının nadir ensiklopediyası “Divanü Lüğat ət-Türk” əsərinin 950 illiyinə həsr olunub.

Beynəlxalq konfransda həmçinin Ahmet ​​Baytursinov adına Dilçilik İnstitutunun direktoru Anar Fazılcan, Türkiyə Respublikasının Almatıdakı (Türkiyə) Baş Konsulluğunun təhsil üzrə müşaviri Ayhan Qorxmaz, professor, Əl-Farabi Universitetinin Türkologiya və dil nəzəriyyəsi kafedrasının müdiri, professor Rauşangül Avakov elmi məruzələrlə çıxış ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice