Martın 30-da Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına uyğun
olaraq bu münasibətlə məscidlərdə bayram namazı qılınıb.
AzerVoice xəbər verir ki, məscidlərdə qılınan
bayram namazında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub,
dövlətimizin daha da qüdrətlənməsi, ölkədəki sabitliyin davamlı
olması, xalqımızın rifahı üçün dualar oxunub. Allah-Taaladan
mərhəmət, rifah dolu və xeyir-bərəkət dilənib.
Uca Yaradan Ramazan ayında tutulan orucları, qılınan namazları,
bu müqəddəs gündə edilən duaları qəbul etsin, inşallah. Amin!