BAKI,AzerVoice
"Türklərin memarlıq irsi" layihəsinin birinci mərhələsi
çərçivəsində "Türkiyə" cildləri nəşr olunub.
AzerVoice xəbər verir ki,
layihə türklərin Türkiyə, Balkanlar, Afrika və Yaxın Şərqdə
buraxdıqları memarlıq nümunələrinin inventarını aparır. Ümumilikdə
40 cilddə çap olunacaq layihənin 2026-cı ildə tamamlanması nəzərdə
tutulur.
Layihə "Türk Mədəniyyətinə Xidmət" Fondu və Kərəm Aydınlar Fondu tərəfindən həyata keçirilir. Marmara Universitetinin professoru İlyas Kamaloğlunun rəhbərliyi altında hazırlanan tədqiqatın redaktəsini professor Ayşe Ersay Yüksel və dosent Angel Ozetgin həyata keçirib. Kitabda hər bir şəhərin tarixi və türklərə məxsus memarlıq abidələri ətraflı təsvir olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi türklərin inşa etdiyi tarixi tikililəri sənədləşdirmək, onların vəziyyətini dəyərləndirmək və gələcəkdə qorunması üçün tədbirlər görməkdir. Tarixi türk memarlıq nümunələrinin bəziləri, xüsusilə Qafqaz, Balkanlar və Yaxın Şərqdə baxımsızlıq və münaqişələr səbəbindən təhlükə altındadır. Layihənin redaktorlarından biri olan Ayşe Ersay, bu işin Anadolunun mədəni irsinə mühüm töhfə verəcəyini bildirib.