Əsas səhifə » Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

BAKI,AzerVoice

Türkmənistanın Berzengi sanatorsiyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi “Dünya mətbəxi” müsabiqəsi keçirilib.

Bu barədə AzerVoice-ə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən bildirilib.

Türkmənistanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlar iştirak edib. Azərbaycanı bu tədbirdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi təmsil edib.

Məlumata əsasən, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.

Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.

Azərbaycan Səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifakat təqdim olunmuşdur.

Azərbaycan Səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice