Əsas səhifə » Bakıda Novruz Bayramı əhvalı

Bakıda Novruz Bayramı əhvalı

Bakı, AzerVoice

Bu gün Azərbaycanda Novruz bayramıdır.

Novruz qədim və böyük bayram kimi yazın gəlişi münasibətilə qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Yel və Torpaq çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə küləyin, dördüncü çərşənbədə isə torpağın köməyi ilə ağaclarda tumurcuqlar açır və bütün bunlar yazın gəlişindən xəbər verir.

Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

AzerVoice Bakıda bayram əhvalını kamera yaddaşına köçürüb.

Digər Kateqoriyalar

2025 © Azervoice