Quba rayonunda Ramazan ayı münasibətilə şəhid ailələri üçün
iftar süfrəsi təşkil edilib. Tədbir “Pətək Bal Evi” restoranında
baş tutub və şəhid ailələri iştirak ediblər. AzerVoice xəbər verir
ki, iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar
edilib və şəhidlərimizin ruhuna ehtiram göstərilib. Tədbir
iştirakçıları şəhidlərin göstərdiyi qəhrəmanlıqdan danışaraq,
onların ailələrinə hər zaman dəstək olunmasının vacibliyini
vurğulayıblar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə
minnətdarlıq edib, belə tədbirlərin milli həmrəylik baxımından
böyük əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, bu cür xeyriyyə tədbirləri Ramazan ayı boyunca
davam edəcək.